Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 66 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (29 oktyabr) müqayisədə 22.4 milyon dollar və ya 25.3% azdır.
Qeyd edək ki, oktyabrda keçirilən 10 hərracda ümumi tələb 738.7 milyon dollar təşkil edib.
Tarix | Tələb |
31 oktyabr | 66 milyon dollar |
29 oktyabr | 88,4 milyon dollar |
24 oktyabr | 80,8 milyon dollar |
22 oktyabr | 49,2 milyon dollar |
17 oktyabr | 65,9 milyon dollar |
15 oktyabr | 87,2 milyon dollar |
10 oktyabr | 79,7 milyon dollar |
8 oktyabr | 73,6 milyon dollar |
3 oktyabr | 79 milyon dollar |
1 oktyabr | 73,4 milyon dollar |