AZ

Natiq Miri: Hər şey Rusiyanın düşündüyü kimi rahat və sığallı getmir...

Fransanın “Le Monde” qəzeti Rusiya prezidenti Vladimir Putinin Qərb sanksiyaları fonunda Asiya və Fars körfəzi ölkələrinin ixracına diqqət yönəltdiyini yazıb...

Politoloq: “Əgər Qərbin və ABŞ-ın bu şəkildə böyük imkanları olmuş olsaydı, Avroatlantik məkanda kimsənin getdikcə böyüməsinə, inkişaf etməsinə, güclənməsinə imkan verməzdi”.

Rusiya da indiki çətin vəziyyətdən çıxış yolu tapmaq üçün əlbəttə, yeni nəqliyyat-kommunikasiya sistemləri haqqında ciddi düşünür. Ancaq bu o demək deyil ki, bu yaxın perspektivdə əmələ gələcək məsələdir”.

Bu sözləri politoloq Natiq Miri Rusiyanın indiki məqamda alternativ yollar axtarmaq cəhdlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Fransanın “Le Monde” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Qərb sanksiyaları fonunda Asiya və Fars körfəzi ölkələrinin ixracına diqqət yönəltdiyini yazıb. Hətta bunun üçün Xəzər dənizi boyunca 162 kilometr uzunluğunda dəmiryolu layihəsinin reallaşa biləcəyi qeyd edilir. Qəzetin iddiasına görə, Xəzər dənizi sahillərində Rusiyaİran arasında böyük yaxınlaşma yaşanır. İki ölkə arasında ticarətin həcmi artırılır. Rusiya beləliklə İranla birləşib Qərbin ağır sanksiyalarından yayınır. Moskva bu səbədən birbaşa Fars körfəzi və Hind okeanına çıxış əldə etmək üçün işlərə başlayıb.

Moskvanın bu addımlarının və Asiyanın geniş bazarlarına çıxışının qarşısını almaq üşün Qərbin hansısa alternativ əks həmləsi ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu cür informasiyaları dövriyyəyə buraxmaqla güya Rusiyanın o qədər də imkansız vəziyyətdə olmadığını və Moskva üçün hər zaman ciddi alternativlərin olduğunu nümayiş etdirmək istəyirlər”.

Qərbin bir çox ölkələrə təsir etməyə çalışacağını proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bəri başdan Asiya bazarlarına ypnəlik perspektivini proqnozlaşdırmaq doğru və ciddi olmazdı:

“Qərb, o cümlədən ABŞ deyiləndə onları insanların gözündə böyütməyə o qədər də ehtiyac yoxdur. Əgər Qərbin və ABŞ-ın bu şəkildə böyük imkanları olmuş olsaydı Avroatlantik məkanda kimsənin getdikcə böyüməsinə, inkişaf etməsinə, güclənməsinə imkan verməzdi. Bu gün BRİKS ətrafında birləşən, BRİKS-ə doğru yönələn dövlətlər dünənə kimi Qərbin orbitində fırlanan dövlətlər idi. Yəni ABŞ-dan, Qərbdən yararlanan dövlətlər idi. Əgər Avroatlantik məkanında olan dövlətlərdən Qərb güc mərkəzindən uzaqlaşırlarsa, demək ki, bunun təməlli səbəbləri var. Bu da bilavasitə Qərbin hegemon, ağalıq iddiası ilə bağlıdır ki, heç bir zaman bu ölkələrlə bərabərhüquqlu münasibətlər sistemi qurmayıb və bundan sonra da qurmaq fikrində deyil. Onlar diqtə siyasini sevirlər və düşünürlər ki, istənilən bir məsələyə ortaya qoyulursa, bunu hər kəs canla-başla, qeyri-iradi yerinə yetirməlidir. Üstəlik bu ölkələrə münasibətdə ədalət sistemi də ciddi şəkildə pozulur. Buna görə də, Qərbə qarşı bu cür alternativlər yaranır.

Rusiya da indiki çətin vəziyyətdən çıxış yolu tapmaq üçün əlbəttə, yeni nəqliyyat-kommunikasiya sistemləri haqqında ciddi düşünür. Ancaq bu o demək deyil ki, bu yaxın perspektivdə əmələ gələcək məsələdir. Bu daha çox görüntü xarakterli bir şou və siyasətdir. Bu uzun maliyyə və zaman alan bir məsələdir. Buna görə də, bu dərhal qərar veriləcək və yerinə yetiriləcək bir məsələ deyil. Bu uzaq perspektivdə düşünülmüş məsələlərdən biri kimi ortadadır. Sadəcə olaraq, bu cür informasiyaları dövriyyəyə buraxmaqla güya Rusiyanın o qədər də imkansız vəziyyətdə olmadığını və Rusiya üçün hər zaman ciddi alternativlərin olduğunu nümayiş etdirmək istəyirlər.

Natiq Miri: “Rusiya çox ciddi təbliğat aparırdı ki, qlobal səviyyədə banklar, dövlətlər arasında maliyyə köçürmə sistemi olan SWIFT-ə alternativlər yaradılacaq. Ancaq Kazandakı sammitdə biz bunu görmədik”.

Bundan başqa bir də, hər şey Rusiyanın düşündüyü kimi rahat və sığallı getmir. Rusiya çox ciddi təbliğat aparırdı ki, qlobal səviyyədə banklar, dövlətlər arasında maliyyə köçürmə sistemi olan SWIFT-ə alternativlər yaradılacaq. Ancaq Kazandakı sammitdə biz bunu görmədik. Yəni hələ də böyük problemlər var. Hər bir ölkə, yəni ABŞ-dan başqa digər qlobal güclər də, özlərinin geosiyasi və geoiqtisadi maraqlarını mütləq mənada nəzərə almalıdırlar.

Bu təşkilatlar Rusiya mərkəzli təşkilatlar deyil. Bunlar KTMT, Avrosiya İttifaqı deyil. Rusiyadan daha böyük, daha güclü ölkələr var. Bunlar Çin və Hindistandan kimi ölkələrdir. Bu baxımdan hər şeyin belə rahat, rəvan gedəcəyini düşünmək doğru olmazdı.

Təbii ki, bu konteksdə Qərb hər zaman əngəllər yaratmağa çalışacaq. Qərb ölkələrə təsir etməyə çalışacaq. Buna görə, bəri başdan bu məsələnin perspektivini proqnozlaşdırmaq doğru və ciddi olmazdı”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr