AZ

“Chevrolet”, “Baic” avtomobil satıcısı “İdeal Motors” cərimələnir

Azərbaycanda “Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin339.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“İdeal Motors”la bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.
Ötən iş də şirkət müştəriyə istehlak qüsuru olan avtomobil satmış, sonradan müştəri avtomobili dəyişmək və ya qaytarmaq istəsə də, şirkət bundan imtina etdiyi üçün cərimələnmişdi.

Qeyd edək ki, “İdeal Motors” 2018-ci ildəm qeydiyyata alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
80
3
tribunainfo.az

4Mənbələr