Rusiya Xarkovda yaşayış binasına hücum edib.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Rusiyanın Xarkovda 9 mərtəbəli yaşayış binasını dəqiq idarə olunan bomba ilə vurduğu bildirib.
Nəticədə 1 uşağın öldüyü, 34 nəfərin yaralandığı açıqlanıb.
Hücum zamanı yaralananlar arasında uşaqların da olduğunu bildirən Volodimir Zelenski deyib:
"Dağıntılar altında insanlar ola bilər. Bütün xidmətlər hadisə yerindədir".