Ahmet Kandemir
İdarəetmə üzrə türkiyəli təlimçi
Mağaza müdiri üçün bəzən 700 manat maaş təklif edilir. Nəzərə almaq lazımdır ki, mağaza müdiri olmaq məsuliyyət tələb edir: Mağaza müdiri, mağazanın bütün əməliyyatlarını, inventarı, əməkdaşları və müştəri məmnuniyətini idarə etməkdən cababdehdir. 700 manat maaş ilə yarana biləcək kritik rolu üzərinə götürəcək təcrübəli idarəçi tapmaq çətindir.
700 manat maaşla məsuliyyət almayan müdir
Bu maaşla işə aldığınız şəxs mağaza müdiri statusu daşısa da , çox güman ki, məsuliyyətsiz və təşəbbüs mövzusunda yetərsiz olacaq. Keyfiyyətli bir müdir, qərar qəbul etmə qabiliyyəti və komandanı idarə etmək bacarığına sahib olur. Buna görə də daha yüksək maaşa layiqdir.
Sadəcə maaş deyil, performansı və verimliliyinə də bir faktordur: Bu gün satış nümayəndələri təqribən 500-600 manat maaşla işləyərkən, şəxsin mağaza müdiri kimi pozisiya üçün 700 manat maaşla şirkətə qatqıda olmasını gözləmək real deyil. Aşağı maaş siyasətləri şirkətə qatqı və performans itkisinə səbəb olur.
Uyğun maaş, doğru performansı gətirir: Şirkətinizə idarəçi alarkən, bazarın tələb etdiyi maaşı deyil, bir addım irəlini düşünün. Yalnız təcrübəli, məsuliyyətli və performansa əsaslanan bir mağaza müdiri ilə uğur qazana bilərsiz. Uyğun maaş, komandanın motivasiyasını yüksəldir və şirkətə uzun müddətdə dəyər qatır.
İdarəçi pozisiyasına önəm verin: İstər mağaza, istər satış müdiri, ya da hansı sahədə olursa olsun, işini bilən idarəçi ilə işləmək istəyirsinizə, bazar ortalamasının üstündə maaş və bonus sistemi ilə onları dəstəkləməlisiniz.
Doğru maaş siyasəti ilə doğru komanda qura bilərsiniz. 700 manat maaş ilə müdir olmaz.