AZ

Nəsiman Yaqublunun məzarından ilk FOTO

Mərhum tarixçi alim, Bakı Dövlət Universitetinin (BDU) professoru Nəsiman Yaqublunun məzarından çəkilmiş ilk foto yayımlanıb.

Modern.az-ın məlumatına görə, fotonu sosial şəbəkədə Nəsiman müəllimin dostları paylaşıblar.

Professor Nəsiman Yaqublu bu il avqustun 25-də Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi kimi seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib. 

Mərhum Sabunçu rayonundakı Zabrat qəbiristanlığında dəfn edilib.


Daxili İşlər Nazirliyi hadisədən sonra bildirib ki, baş vermiş yol qəzası ilə bağlı müvafiq ekspertizalar təyin edilib, cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Nəsiman Yaqublu 1962-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1980-1983-cü illərdə BDU-nun Jurnalistika fakültəsində, 1983-1986-cı illərdə Sankt Peterburq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2001-ci ildə “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan milli istiqlal mübarizəsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2008-ci ildən BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi idi.

Professor Nəsiman Yaqublunun tədqiqat sahəsi Azərbaycan mətbuat tarixi olub.

O, 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Respublika milli mükafatına, 2003-cü ildə Həsən bəy Zərdabi adına mükafata, 2008-ci ildə Ankara Azərbaycan Kültür Dərnəyinin mükafatına, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.

Nəsiman Yaqublu 20-ə yaxın kitab və ensiklopediyanın müəllifi idi.




A.Qorxmaz

Seçilən
39
1
modern.az

2Mənbələr