Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
“İmişli” Şamaxı Olimpiya Kompleksinin stadionunda “Cəbrayıl”la üz-üzə gələcək.
Görüş saat 14:00-da başlayacaq. Qalib komanda 1/8 finalda "Kəpəz"lə görüşəcək.
“Qəbələ” isə doğma rayonda “Baku Sportinq”i “dişinə vuracaq”. Bu cütün qalibi 1/8 finalda "Qarabağ"a rəqib olacaq.
Raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Difai" "Şəfa"nı (3:2), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib.
14:00. “İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Qəbələ” – “Bakı Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu