Rusiya xarici işlər naziri Sergey Lavrovla Macarıstan xarici işlər naziri Peter Siyarto arasında görüş keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında məlumat yayıb.
Görüş Belarus paytaxtı Minskdə keçirilən II Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransı çərçivəsində baş tutub.