ABŞ yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya 2000 ədəd “Humvee” avtomobili verəcək.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri bu nəqliyyat vasitələrinin köməyi ilə rus ordusunun mövqelərinə daha effektiv irəliləyə biləcək.
“Forbes” nəşri yazır ki, “Humvee” Ukraynanın hazırkı müdafiə strategiyasına uyğun gəlir. Bildirilir ki, bu avtomobillər tankların və artilleriyanın manevr qabiliyyətinin effektivsiz olduğu şəhər döyüşlərində istifadə edilə bilər.
Bundan əlavə, Ukrayna ordusu ağır silahlarə daşımaq üçün də “Humvee”-dən istifadə edə bilər.
“AzPolitika.info”