AZ

İsraildə "İrana casusluq etmək" iddiası ilə 2 nəfər həbs edildi

İsrailin Lod şəhərində "İrana casusluq etdiyi" iddia edilən israilli cütlük həbs edilib.

Turkustan.az xəbər verir ki, İsrail polisi və daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) tərəfindən verilən birgə açıqlamada israilli cütlük Rafael Quliyev və Lalə Quliyevin ölkədə təhlükəsizlik və milli infrastruktur sahələri ilə bağlı kəşfiyyat məlumatları topladığı iddia edilib.

Açıqlamada, Rafaelin Mossad da daxil olmaqla İsraildəki təhlükəsizlik bölmələri haqqında məlumat topladığı və İranın hücum planlaşdırdığı Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda (INSS) çalışan akademiki izlədiyi bildirilib.

Bundan əlavə, bəyanatda iddia olunur ki, onun İrandakı əlaqələri Rafael Quliyevdən sui-qəsdçinin tapılmasını istəyib.

İsrail prokurorluğunun oktyabrın 21-də verdiyi açıqlamada İsraildə "İrana casusluq etdiyi" iddia edilən 7 nəfərin həbs edildiyi bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
62
turkustan.az

1Mənbələr