AZ

“Dünyada beynəlxalq təhlükəsizliyi təmin edəcək alətlər qalmayıb” - Lukaşenko

“Dünyada beynəlxalq təhlükəsizliyə təminat verən hüquqi sənədlər faktiki olaraq qalmayıb və bu sahədə yeni sazişlərin bağlanması üçün heç bir iş aparılmır”.

Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransında deyib.

O, bildirib ki, bu gün dünyada 55 silahlı münaqişə var. Bu rəqəm İkinci Dünya Müharibəsindən bəri rekorddur.

Onun sözlərinə görə, ümumilikdə beynəlxalq təhlükəsizlik sahəsində cəmi iki sənəd qalıb - Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və Strateji Hücum Silahları haqqında Müqavilə.

O, həmçinin əlavə edib ki, ABŞ qlobal təhlükəsizlik qarantı rolunu oynaya bilmədiyini nümayiş etdirib.

Lukaşenko dövlətləri müasir çağırışlara və təhdidlərə qarşı birgə tədbirlər hazırlamaq üçün qüvvələrini birləşdirməyə çağırıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr