ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Şimali Koreya qoşunlarının Ukrayna ilə münaqişədə Rusiya tərəfində mümkün iştirakı digər ölkələri də analoji addımlar atmağa və potensial olaraq hərbi əməliyyatları genişləndirməyə sövq edə bilər.
Ostin qeyd edib ki, Şimali Koreya əsgərlərinin Rusiya tərəfində Ukraynaya qarşı döyüşməsi başqalarını da hərəkətə keçməyə sövq edə bilər, lakin o, mümkün ssenariləri şərh etməkdən imtina edib. Onun sözlərinə görə, əgər Şimali Koreya qoşunları Rusiya qüvvələri ilə birlikdə Ukraynaya qarşı döyüşürsə, o zaman Ukrayna ordusunun “ABŞ və digər ölkələrin təqdim etdiyi silahlardan istifadə etməklə özünü müdafiə etmək” hüququ var.
Oktyabrın 28-də NATO-nun baş katibi Mark Rutte bildirib ki, KXDR-dən olan hərbçilər artıq Kursk bölgəsinə cəlb olunub. Mark Rutte Moskva və Pxenyanı əməkdaşlığı dayandırmağa çağırıb, çünki bu, Sakit okean və Avro-Atlantik təhlükəsizliyi təhdid edir.
Oxuməni.az