AZ

Məşhur isveçli muzdlu əsgər öldürüldü

İsveçdən olan məşhur muzdlu döyüşçü Ukrayna ərazisində məhv edilib. Bu barədə Gazeta.Ru SVT telekanalına istinadən məlumat yayıb. Telekanal isə mənbələrinə istinad edib.

Mənbələrin sözlərinə görə, isveçli hərbçi 2022-ci ildə Kiyevə gedib və o vaxtdan Kiyev və Baxmut yaxınlığında Ukrayna ordusunun tərəfində döyüşüb.

Xatırladaq ki, oktyabrın 23-də qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Ali Məhkəməsi 47 yaşlı İsveç vətəndaşı Kell Mikael Skillti Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyinə görə qiyabi olaraq 25 il müddətinə azadlıqdan məhrum etmişdi. Ehtimal edilir ki, ölən muzdlu odur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
56
2
news365.az

2Mənbələr