Almaniya Kuboku uğrunda turnirin ikinci raundunda (1/16 final) "Bavariya" səfərdə "Maynz" ilə qarşılaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, matç qonaqların mütləq üstünlüyü ilə keçib.
Vinsent Kompaninin yetirmələri meydan sahiblərinin qapısından 4 cavabsız top keçiriblər - 4:0.
Musiala het-triklə yadda qalıb.
Bu qələbə sayəsində "Bavariya" çətinlik çəkmədən turnirin növbəti - 1/8 mərhələsinə adlayıb.
Milli.Az