Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Recep Uçara tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Recep Uçar son olaraq “Ümraniyespor”a rəhbərlik edib.
“Konyaspor”da “Qarabağ”ın sabiq futbolçusu Hamidu Keyta çıxış edir.