AZ

Onlara da şəhid statusu verilə bilər: təklif müsbət qarşılanıb

Azərbaycanda xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusu verilə bilər.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev təklifin müsbət qarşılandığını bildirib.

 

O qeyd edib ki, bu təklif “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun müzakirə mövzusu deyil.

 

“Digər tərəfdən, münatəmizləyənlərə bəzi güzəşt və imtiyazların verilməsi də təklif olunmuşdu. Bu güzəşt və imtiyazların onlara verilməsi üçün müvafiq qanunlara dəyişiklik edilməsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılıb”, - Komitə sədri vurğulayıb.

 

Xatırladaq ki, oktyabrın 16-da Milli Məclisdə xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusunun verilməsi təklif edilib. 

bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov çıxış edib.

 

O qeyd edib ki, bu işlə məşğul olanların statusu məsələsi vacibdir: “Minatəmizləmə əməliyyatı zamanı həyatını itirən şəxslərin şəhid statusu almasına baxılmasını xahiş edirik”.

 

Bəhruz Məmmədov qeyd edib ki, ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi: "Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ondan sonra bütün ANAMA əməkdaşları bizə müraciət etdi. O zaman biz bunu qanun layihəsinə sala bilmədik. Amma indi biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.

Seçilən
32
15
modern.az

10Mənbələr