AZ

Ukrayna generalları təslim olmaq üçün mənə zəng etdilər

2022-ci ildə ukraynalı generallar mənə zəng edərək, təslim olmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağı xahiş etdilər.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko bildirib ki, Belarusu Rusiya qoşunlarının Ukraynaya girməsinə şərait yaratdığı üçün təcavüzkarla həmrəy adlandırırlar:

“Mən isə zarafata deyirəm: Bu sualı Zelenskiyə verin, niyə Şərqi Rusiyaya gedən yol Kiyev vasitəsilə daha qısa idi? Bəli, həqiqətən də Belarusun cənubunda bizim çox irimiqyaslı təlimlərimiz olub. Təlim bitdi. Rusiya qoşunlarını Ukrayna sərhədi boyunca cənuba çəkməyə başladı, yarısı isə geri çəkildi”.

Seçilən
52
1
axar.az

2Mənbələr