AZ

Rusiya daşınmaz əmlakının Finlandiyada müsadirəsi siyasi məsələ deyil - Prezident Stubb

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Finlandiyada Rusiya Federasiyasına məxsus daşınmaz əmlakın müsadirəsi siyasi məsələ deyil, məhkəmə qərarının icrasıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident bu sözləri finlandiyalı jurnalistlər üçün keçirdiyi mətbuat brifinqində deyib

Finlandiya Xarici İşlər Nazirliyinin sözçüsü Mikko Kivikoski “Helsingin Sanomat” qəzetinə bildirib ki, Helsinki Rusiya Xarici İşlər Nazirliyindən oktyabrın 28-də və 29-da iki nota alıb.

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya nümayəndələrinə onun Rusiya əmlakına həbs qoyulması məsələsində səlahiyyətli orqan olmadığını bildirib və onlara Məhkəmə İcraçıları Xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.

Oktyabrın 29-da Helsinki məhkəməsi TASS-a bildirib ki, məhkəmənin 13 avqust tarixli qərarı ilə altı Ukrayna enerji şirkətinin iddiası əsasında Rusiya Federasiyasının Finlandiyada təxminən 5 milyard dollar məbləğində daşınar və (və ya) daşınmaz əmlakına həbs qoyulub. Rusiya səfirliyinin məlumatına görə, 40-dan çox mülkə həbs qoyulub. Diplomatik missiya Finlandiya XİN-ə respublika hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirən nota göndərib.

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr