Bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
Valyuta.az-ın xəbərinə görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan bəzi sığorta sinifləri üzrə sığorta haqqlarının həcmi 1 milyon 658 min 6 manat manat olub. Amma həmin sığorta sinifləri üzrə heç bir ödəniş olunmayıb.
Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdaki kimidir:
- İşçilərin dələduzluğu sığortası üzrə yığılan sığorta haqqları 85,6 min manat
- İşəgötürənin məsuliyyət sığortası 718.5 min manat
- Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 222.6 min manat
- İşin dayanması ilə bağlı risklərdən sığorta 480.9 min manat
- Sərnişinlərin icbari fərdi qəza sığortası 101.2 min manat
- Dəmiryol nəqliyyatı vasitələrinin sığortası 49.8 min manat
Əvəz Həsənov