AZ

Erməni xisləti, düşmənçilik toxumu səpən kilsə və zərərli ideologiya – Ermənistanın qəbul etdiyi acı reallıq 

Erməni cəmiyyətində baş verən son hadisələr, fikir ayrılıqları, revanşist düşüncələr, qonşu xalqlara nifrət və digər amillər Ermənistanda  mənəvi-psixoloji durumun kəskinləşməsindən xəbər verir. 

Otuz il ərzində özlərindən qalib xalq imici formalaşdıran bir toplum yalnız başı əziləndə görkəmini dəyişməyə məcbur oldu. İndi regionda öz taleyi ilə barışmaq istəməyən, məğlubiyyəti qəbul etmək üçün cəsarəti çatmayan, qisas hissi ilə alışıb yanan, miskin durma düşən  Ermənistan var. Ermənilərin qəbul etmək isəmədikləri, barışa bilmədikləri məsələ isə çox sadədir. Ermənilərin çıxış yolu qonşu dövlətlərə ərazi iddialarından əl çəkmək, qondarma erməni soyqırımı məsələsindən imtina etmək və bölgədə sülhü əngəlləyən hər hansı təxribata yol verilməməkdir. Əslində svil dövlət qurmaq üçün rəsmi İrəvanın bundan başqa çıxış yolu yoxdur.

Bəs ermənilərə sakit yaşamaları üçün  mane olan nədir?

Təbii ki, erməni cəmiyyətinin yüz illərdir düşdüyü bəla, yoluxduğu  xəstəlik tezliklə sağalana oxşamır.

Uzun illər beyini  zəhərlənən bir millətin aqibətini bundan yaxşı təssəvvür etmək çətindir. Türklərə və azərbaycanlılara qarşı nifrət, artıq onlarda milli ideologiyaya çevrilib. Bu ideologiyanın formalaşmasında isə əsas rol oynayan erməni kilsəsidir. Keşiş dəstəsi dayanmadan orta statistik  ermənidə dini dəyərlərlə yanaşı qonşuya nifrət hissi də aşlayır. İnsanların milli ruhunu korlayır və yalnız cəmiyyətə düşmənçilik toxumu səpir. 100 ildən çoxdur qondarma soyqırımı məsələsini ortaya atan  və bununla öz siyasi məqsədinə çatmağa çalışanlar  hesab edirlər ki,  güvəndikləri dövlətlər ermənilərin hüquqlarını qorumağa borcludur. Özlərini dünyanın ən qədim xalqı hesab edən bir toplumun qondarma tarixi də saxtadır.

“Böyük Ermənistan” ideyası erməni ideologiyasının əsas istiqamətidir və bu ideya onların tarixi bəlasına çevrilib. Erməni cəmiyyətinə aşlanan bu cür zərərli ideologiyanın təsirindən qurtarmaq üçün bu cəmiyyətə illər lazımdır. Bunun üçün onlar sağlam düşüncəylə qonşulara hörmət  etməyi bacarmalıdırlar.

Əks təqdirdə yenə böyük itkilər verib tarixin təkərləri altında it-bat olacaqlar. Bunun üçün ermənilərin soyqırımı iddiasından əl çəkmələri də tələb olunur. Ermənistanda bəzi insanlar bunu başa düşür və cəmiyyətin əziyyət çəkdiyi soyqırımı xəstəliyindən xilas olmaq istəyir. Amma güman etmirəm ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu günkü bəyanatına ermənilər biganə qalacaq. Mirzoyan  erməni soyqırımının tanınması məsələsinin Ermənistan üçün prioritet olmadığını bəyan edər-etməz erməni mətbuatı hökumətə qarşı hücuma başlayıb. Ermənistanda elə güman edirlər ki, hakimiyyət bu iddiadan əl çəksə yer üzündəki sonuncu erməni də öləcək.

Mirzoyanın bəyanatına şiddətli təpkilər əslində erməni  xəstə təxəyyülünün tezliklə sağalmayacağına işarədir. Deməli, qatı erməni idoeologiyasının təsirindən qurtara bilməyən bu cəmiyyətin problemli daha dərindir. Problemi isə onlar özləri həll edənə oxşamır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
24
konkret.az

1Mənbələr