AZ

Vağzala partlayıcı dolu çanta qoyub qaçdı – Polis onu axtarır

Almaniya polisi Berlin vağzalında partlayıcı ilə dolu çanta qoyub qaçan şəxsi axtarır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, polis çantanı yerə atan şəxsin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra hadisə yerindən qaçaraq uzaqlaşdığını bildirib.

“Bütün ehtimalları araşdırırıq” deyən Almaniya Federal Polisinin sözçüsü əlavə edib ki, səlahiyyətlilər hələlik şübhəlinin şəxsiyyətini müəyyənləşdirməyiblər.

Sözçü Almaniyanın paytaxtı Berlindəki Neukoelln stansiyasında bir nəfərin axtarışa verildiyini bildirib. X sosial media platformasında yayılan məlumatagörə, həmin şəxs hadisə yerindən qaçıb və onun qoyub getdiyi çantada partlayıcı maddə tapılıb.

Məlumatda çantanın yaxınlıqdakı parka gətirildiyi, bomba zərərsizləşdirmə qruplarının nəzarətli partlayış törətdiyi bildirilib.

“Bild” qəzeti çantanın içində TATP kimi tanınan və terror hücumlarında tez-tez istifadə edilən ağ partlayıcı toz olan triaseton triperoksidin olduğunu bildirib. Polis partlayıcının növü ilə bağlı açıqlama verməyib.

İsmayıl Bakuvi

Seçilən
70
yenicag.az

1Mənbələr