Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə 2024-cü ilin yanvar-sentyabr aylarında 49 milyon 181 min ziyarətçi qəbul edib.
Banco.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər edənlərin ümumi sayı 8,74 faiz artaraq 49 milyon 181 nəfərə çatıb.
Təhlükəsizlik Baş İdarəsi və Türkiyə Statistika Təşkilatından alınan müvəqqəti məlumatlara görə, 2024-cü ilin ilk 9 ayında (yanvar-sentyabr) Türkiyəyə gələn xaricdə yaşayan vətəndaş ziyarətçilərinin sayı 2023-cü ilin 9 ayı ilə müqayisədə 21,7 faiz artaraq 7 milyon 322 minə çatıb.
2024-cü ilin sentyabr ayında Türkiyəni ziyarət edən əcnəbilərin sayı əvvəlki ilin eyni ayına görə 4,64 faiz artaraq 6 milyon 54 minə çatıb.
Yanvar-sentyabr aylarında Türkiyəyə gələn xarici ziyarətçilərin ən çox daxil olduğu şəhərlər İstanbul, Antalya, Ədirnə, Muğla və İzmir olaraq açıqlanıb.