"İstənilən qarayaxma kampaniyası, gözdənsalma cəhdlərinə baxmayaraq, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edəcək və daha bir mühüm əhəmiyyətli tədbir ilə dünyaya səs salacaq. Çünki Azərbaycanın bu kimi qlobal əhəmiyyətli tədbirləri keçirməsi üçün böyük təcrübəsi var".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, ölkəmiz İslam Həmrəylik Oyunları, Birinci Avropa Oyunları, Mədəniyyətlərarası və dinlərarası forumlar, həmçinin bu kimi mötəbər tədbirlərə evsahibliyi etməklə belə bir təcrübəni ortaya qoyub:
"Xatirinizdədirsə, elə həmin mötəbər tədbirlər zamanı da Qərbdə, Avropadakı bəlli dairələr, ermənipərəst qüvvələr Azərbaycanı hədəfə alıb qeyd etdiyimiz tədbirlər ərəfəsində ölkəmizin nüfuzuna xələl gətirməyə, keçiriləcək tədbirlərin əhəmiyyətini azaltmağa çalışırdılar.