AZ

Turistlər ən çox bu Avropa ölkələrində cibgirlərin hədəfinə çevrilirlər

Getdiyi ölkədə emosiyalara qapıldığı üçün sayıqlığını itirmiş turistlər bütün məşhur məkanlarda oğruların sevimli hədəfinə çevrilirlər.

“Quotezone” sığorta şirkətinin mütəxəssisləri sosial şəbəkələrdə ayrı-ayrı ölkələrdə istirahət etmiş turistlər arasında sorğu keçirib. Onların rəyləri əsasında Avropanın turistlərin ən çox oğurluqla qarşılaşdığı 10 ən məşhur turizm ölkəsinin siyahısı hazırlanıb. 

Milyon turistə 478 oğurluq faktının olduğu antireytinqə İtaliya başçılıq edir və Romadakı Trevi fəvvarəsi ölkənin ən təhlükəli ərazisi kimi tanınıb.

Fransa milyon ziyarətçiyə 251 oğurluq halı ilə ikinci yeri tutub və cibgirlər Parisdəki Eyfel qülləsi yaxınlığında daha çox aktivdirlər.

İspaniya ən çox cibgirlik hadisəsi olan ölkələrin (milyona 111 hal) reytinqindəki ilk üçlüyü bağlayıb. Bu baxımdan ən pis turizm məkanı Barselonanın piyadalar üçün nəzərdə tutulmuş Las Ramblas küçəsi olub.

Ümumilikdə isə ən çox cibgirlərin olduğu 10 Avropa ölkəsinin siyahısı belədir:

İtaliya, Roma, Trevi Fəvvarəsi

Fransa, Paris, Eyfel qülləsi

İspaniya, Barselona, ​​Las Rambas Bulvarı

Almaniya, Berlin, Brandenburq Qapısı

Hollandiya, Amsterdam, Red Light District

Portuqaliya, Lissabon, Alfama rayonu

Türkiyə, İstanbul, Sultanahmet mahalı

Yunanıstan, Afina, Akropol Muzeyi

Polşa, Krakov, Bazar Meydanı

İrlandiya, Dublin, Ginnes muzeyi

Tural

Seçilən
35
11
news365.az

10Mənbələr