Türkiyənin “Fənərbağça” klubunda növbəti ayrılıq yaşana bilər.
“Cebheinfo.az” xəbər verir ki, Samet Akaydının yanvar ayında klubdan göndərilməsi gündəmdədir.
Belə ki, baş məşqçi Joze Mourinyo onunla yolların ayrılmasını istəyib.
Buna səbəb müdafiəçinin gözlənilən performansı göstərə bilməməsi olub.
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm sadəcə “Samsunspor” matçında meydana çıxıb.
O, sözügedən oyunda cəmi 14 dəqiqə oynayıb.