AZ

Təbrizin Gülüstan bağı ilə bağlı yayılan söz-söhbətlərlə bağlı məlumatlıyam - nazir Rza Salehi Əmiri

Təbrizin Gülüstan bağı ilə bağlı yayılan söz-söhbətlərələ bağlı məlumatlıyam və bu barədə Şərqi Azərbaycan valisi ilə də danışıqlarım olub.

Bunu İranın mədəni irs, turizmm və əl işləri sənayesi naziri Rza Salehi Əmiri deyib.

O, jurnalistlərin Təbrizin tarixi Gülüstan bağında ağacların kəsilməsi və aparılan söküntü-tikinti işləri ilə bağlı suala qəti cavab verməkdən yayınıb.

Nazir məsələnin dövlət qurumları ilə əlaqəli şəkildə araşdırıldığını və yaxın gələcəkdə problemin həlli ilə bağlı qərar veriləcəyini deyib.

Qeyd edək ki, Təbriz bələdiyyəsi şəhərin mərkəzində yerləşən tarixi Gülüstan bağının (Gülüstan parkı) 1000 kvadratmetrini təhlükəsizlik qurumlarından birinin ixtiyarına verib.

Bundan sonra bağda uzun ömürlü ağacların kəsilməsinə və inşaat işlərinə başlanılıb.

Təbrizin Şəhər Şurasının sözçüsü Fridun Babayi Əqdəm məsələni ictimailəşdirib və təbrizliləri "yaşıl soyqırım"ın qarşısını almağa çağırıb.

Bundan sonra Babayi Əqdəmin özü və ailəsinə qarşı təzyiqlər başlayıb, qardaşı bir neçə dəfə istintaq idarəsinə aparılaraq dindirilib.

Təzyiqlər nəticəsində Firidun Babayi Əqdəm istefa verməyə məcbur olub və oktyabrın 30-da onun yerinə SEPAH komandiri və keçmiş təhlükəsizlik məmuru Əli Rasti təyin edilib.

5,2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.

visiontv.az



Seçilən
25
1
visiontv.az

2Mənbələr