AZ

San-Fransisko – Vaşinqton reysiylə uçan təyyarədə döyülmə hadisəsi baş verib

ABŞ-də “United Airlines” hava şirkətinə məxsus təyyarədə xoşagəlməz hadisə baş verib. 

KONKRET.az xəbər verir ki, San-Fransisko -Vaşinqton reysiylə uçan təyyarənin  sərnişinlərindən biri digər sərnişinə xəsarət yetirib. Everett Çad Nelson adlı sərnişin qəfldən qonşu kresloda yuxulayan digər sərnişini döyməyə başlayıb. Onun üz gözünə zərbələr endirən adamı təyyarədəki digər sərnişinlər zərərsizləşdirə bilib. Məlum olub ki, döyülən şəxs lal və kardır. O, stüardessalarla smartfon vasitəsilə əlaqə saxlayıb. Hadisəni törədən şəxs isə hava limanında həbs edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
51
konkret.az

1Mənbələr