AZ

Məhkəmə: Ağadadaş Ağayevin həbsi tələb olundu

Xalq artisti Ağadadaş Ağayev cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti prosesdə iştirak etməyib.

Zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək Ağdadaş Ağayevin həbs edilməsini tələb edib.

Hakim həmin vəsatəti təmin etməyib.

Növbəti proses 14 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti ilə mühafizəçi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.
Seçilən
8
22
sherg.az

10Mənbələr