Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən Qiymətləndiricilərin Peşə İxtisas imtahanı keçirilib.
“AzPolitika” xəbər verir ki, imtahanda ümumilikdə 144 nəfər iştirak edib, onlardan 106 namizəd tələb olunan şərtləri ödəyərək uğura imza atıb.
“Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-dən saytımıza verilən məlumata görə, imtahanda adıçəkilən təşkilatın direktoru və əməkdaşları da yüksək bal toplayaraq uğur qazanıblar.
Qeyd olunur ki, MMC-nin direktoru Günay İsmayılqızı daşınmaz əmlak üzrə maksimum 60 baldan 48 bal, mütəxəssis İnqilab Mustafazadə 37 bal, mütəxəssis Günay Həsənova 39 bal, mütəxəssis Aygün Aslanzadə isə 37 bal toplayıblar.
İmtahanlar “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən təşkil olunur. Qanunverciliyə görə, imtahandan uğurla keçmiş şəxslər səsvermə yolu ilə yeni yaradılacaq Qiymətləndiricilər Palatasının sədrini seçəcəklər.
“AzPoltika.info”