Ermənistanda milis sistemi yerli müdafiə qüvvələri ilə əvəz olunur.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul olunub.
Məlumata görə, mövcud əsasnamələrə əsasən, şərti hərbi birləşmələr, briqadalar və milis taborları yaradılır ki, onların rəhbərləri müvafiq olaraq qubernatorun müavinləri, yerli özünüidarəetmə orqanlarının rəhbərləri olmalıdırlar.
“Təhlükə yarandığı halda onlar Ermənistan Silahlı Qüvvələrinin müvafiq hərbi hissələrinə dəstək verə biləcəklər və onların birləşmələri müstəsna olaraq müdafiə sistemində yerləşdiriləcək”, - qərarda bildirilib.