Regionlarda maarifləndirici tədbirlər davam edir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını və bu sahəyə olan məsuliyyətini artırmaq məqsədilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Xaçmaz rayonu Palıdlı, Palçıqoba, Qusarçay kənd tam orta məktəblərin, Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbin, İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri “COP29”, “Sıfır tullantı” təşəbbüsü, ekoloji problemlər, iqlim dəyişmələrinə qarşı görülən tədbirlər, kağız tullantılarının idarə olunması, elektrik enerjisindən qənaətlə istifadə olunması barədə ətraflı məlumatlandırılıb, tədbir çərçivəsində şagirdlərin hazırladığı əl işləri nümayiş olunub və müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.