"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev apasport.az saytına açıqlama verib. O, Qara Qarayevin komandaya transferindən bəhs edib.
Baxşıyev, Qaranın onun komandasına xeyir verəcəyinə inandığını dilə gətirib:
"Qara "Neftçi"dən ayrıldıqdan sonra maraqlandığımız, transferini düşündüyümüz futbolçulardan idi. Onunla danışığımız olmuşdu. İki gün öncə bu proses yekunlaşdı və dünən mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalandı. İstənilən komanda hər zaman güclənməyə ehtiyac durur. Bizim də həmin mövqedə ciddi itkilərimiz oldu. Karlos Jatoba mövsümün ilk oyunundan sonra zədələndi və əməliyyat olundu. Onun dönüşü qışdan sonraya gözlənilir. Vadim Abdullayev də əməliyyat olundu, bir aydan tez komandaya dönməyəcək. Belədə Qaranın transferi elə yerinə düşdü.
Qara təcrübəli futbolçudur. İllərdir ki, "Qarabağ", "Neftçi" kimi iddialı klublarda və Azərbaycan millisində çıxış edib. Həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir. Təbii ki, komandamıza kömək edəcəyinə inanırıq. O, peşəkar və təcrübəli futbolçudur. Düzdür, bir müddətdir komanda ilə məşq etmir və oyun keçirmir. Bunu qısa vaxtda yoluna qoyacağına əminəm. Bu işdə biz məşqçilər də ona kömək edəcəyik".
Azərbaycan çempionatında 5-ci tura start verilib
“Neftçi” – “Araz-Naxçıvan" matçının hakimi bəlli olub
Azərbaycan Kuboku: II təsnifat mərhələsinə yekun vurulacaq
Mahir Emreli Almaniya kubokunda fərqləndi
Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ