Son günlər Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə xüsusi bir canlanma var. Daha doğrusu Ermənistan tərəfdən sərhəddə gedib-gələnlərin sayı durmadan artır. Maraqlıdır ki, get-gəl edənlər də əsasən fransızlarıd. Baxmayaraq ki, onlar özlərini Avropa İttifaqının müşahidəçiləri kimi təqdim edirlər. Bununla da diqqəti öz üzərlərindən atmağa çalışırlar.
Məsələn iki
gün öncə Aİ-nin daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin
Hand kəndi yaxınlığına gəlib.Yayılan video görüntülərdən aydın olur ki, indiyədək
"müşahidəçilər” Aİ-nin avtomobillərində hərəkət etdiyi halda, bu dəfə
sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Sərhəd kəndinə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin
Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.
Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını
açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.
Heç kimə sirr deyil ki, Fransa Ermənistandakı revanşist qüvvələrə dəstək
verir. Bundan da məqsəd onları yeni müharibəyə sövq etməkdir. Bu kimi hərəkətlərlə
Fransa çalışır ki, regionda sülh, əmin-amanlıq olmasın.
Əslində Fransanın bu cəhdləri başa düşüləndir. Çünki, son 4 ildə Fransa Azərbaycandan əsaslı zərbələr alıb. Və bu zərbələrin davamı gəlməkdədir. Çünki, Azərbaycan “ən yaxşı müdafiə hücumdur” taktikasını seçib. Elə bu məqsədlə son illərdə Fransa hökümətinin və Yelisey sarayındakıların əsl simasını dünyaya göstərmək üçün Azərbaycan davamlı siyasət aparır. Ötən ilin yayında yaradılan Bakı Təşəbbü Qrupu bu mənada çox yaxşı fəaliyyət göstərir. Qısa zamanda Qrup Fransanın müstəmləkəçilik siyasətini çox gözəl ifşa edə bilib. Eyni zamanda Fransa müstəmləkəsi olan adalarda müstəqillik arzusunun alovlanmasında Bakı Təşəbbüs Qrupu böyük iş görür.
Təbii ki, bütün bunlar da Fransanı ciddi şəkildə narahat edir. Ona görə də Fransa da Ermənistan ərazisində təxribatçı fəaliyyətini genişləndirməklə Azərbaycana təzyiq etmək istəyir. Rəsmi Paris hesab edir ki, Azərbaycanın üzərinə daha çox getməklə güclər balansındakı fərqi öz xeyirlərinə dəyişə bilərlər.
Amma artlq zaman dəyişib. Azərbaycanla zor, təzyiq dilində danışmağın zamanı keçib. Azərbaycan son 4 ildə regional liderə çevrilib. Hədəfsə Beynəlxalq aktora çevrilməkdir. Ona görə də rəsmi Parisin heç bir təxribatı Azərbaycanı durdurmaq iqtidarında deyil. Əksinə bu cür təxribatlar Azərbaycanın haqlı mövqeyini gücləndirir. Eyni zamanda Ermənistanın mövqelərini zəiflədir.
Təsadüfi deyil ki, artıq bu reallığı Ermənistanda da dərk edənlərin sayı çoxalır. Məsələn, erməni türkoloq Varujan Geqamyan deyib ki, erməni dövlətçiliyi son mərhələsini yaşayır:
“Prosesin son mərhələsi sülh müqaviləsi deyil. Sonuncu mərhələ bizim Ermənistandan köçümüzdür. Ermənistanın de-fakto hakimiyyəti bu mərhələni sona çatdırmağa çox yaxındır, sadəcə 1-2 il də səbr edin. Ermənistan tezliklə Türkiyənin vilayətinə çevriləcək”.
News365.az