25-29 noyabr tarixlərində Haaqada Kimyəvi Silahların Qadağan Olunması haqqında Konvensiyanın (KSQK) iştirakçısı olan dövlətlər Konfransının 29-cu sessiyası keçiriləcək. Əsas məsələlərdən biri Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İcra Şurasının (KSQT) iki yeni üzvünün seçilməsi olacaq. Üç ölkə öz namizədliyini irəli sürüb: Çexiya, Şimali Makedoniya və Rusiya.
Ukrayna beynəlxalq hüquq normalarını sistemli şəkildə pozduğuna və Ukraynaya qarşı təcavüzkar müharibəsində kimyəvi silahdan istifadə etdiyinə görə Rusiyanın KSQT-nin rəhbər orqanlarına seçilməsinin qəti əleyhinədir, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusayevin şərhində deyilir.
Sənədləşdirilmiş hallar arasında Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrinə qarşı xlorpikrin və digər toksik maddələrdən istifadə var, bu da müharibə aparmaq üçün kimyəvi vasitələrdən istifadə etməyi qadağan edən KSQK-nin I maddəsinin birbaşa pozuntusudur.
2023-cü ilin fevralından 2024-cü ilin oktyabrına qədər Ukrayna Rusiya qoşunlarının imyəvi vasitələrlə döyüş sursatlarından istifadə etdiyi 4 300-dən çox hadisəni qeydə alıb. Bu, növbəti dəfə Rusiyanın beynəlxalq təşkilatların rəhbərliyində hər hansı vəzifə tutmaq üçün mənəvi hüquqa malik olmadığını təsdiq edir.
"Ukrayna KSQK-nin iştirakçısı olan bütün dövlətləri, xüsusən Azərbaycan Respublikasını KSQT-nin İcra Şurasına seçkilərə məsuliyyətlə yanaşmağa çağırır. Çexiya Respublikasının və Şimali Makedoniyanın dəstəklənməsi beynəlxalq ictimaiyyətin təcavüzə və beynəlxalq hüquq pozuntularına qarşı mübarizə aparmağa hazır olduğunun aydın siqnalı olacaq", deyə səfirin şərhində bildirilir.