Müəllif:Ayşən İmanova/Banco.az
Qlobal smartfon bazarı üçüncü rübdə 310 milyon cihaz təşkil edib.
Banco.az xəbər verir ki, “Canalys”analitik şirkətinin məlumatına görə, satıcılar bu müddət ərzində 309,9 milyon cihaz göndəriblər.
Üçüncü rübdə “Samsung” smartfon istehsalçıları arasında liderliyini qoruyaraq bazarın 19%-ni tutub, lakin rəqiblərlə fərq xeyli azalıb. “Apple” yalnız bir faiz bəndi geridə qalıb. Üçüncü yerdə olan “Xiaomi” isə bazarın 14%-ni tutub.
“Canalys” analitikləri qeyd edirlər ki, “Apple” Hindistan bazarına “iPhone 13” və “iPhone 15” kimi köhnə modelləri gətirərək öz payını daha da artırıb. “Apple”ın 2024-cü ilin dördüncü rübündə lider mövqeyini qoruyacağı gözlənilir, lakin tədarük gecikmələri səbəbindən rəqiblərlə fərq həmişəkindən daha az olacaq.