Rusiya son günlərdə ölkənin ən böyük kripto para mədənçilik operatoru “BitRiver”* ilə əməkdaşlıq edərək BRICS** ölkələri üzrə yeni mədənçilik verilən mərkəzləri qurmağı planlaşdırdığını açıqlayıb.
Valyuta.az-ın məlumatına görə, Rusiyanın bu qərarı çox müzakirə olunsa da, analitik, Rusiyanın BRICS “Bitcoin” mədənçilik planının digər ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb.
Mədənçilik şirkəti “Digital Mining Solutions”un*** təsisçisi Nico Smid Rusiyanın BRICS ölkələrində “Bitcoin” mədənçiliyi və süni intellekt hesablamaları üçün obyektlər qurma planlarının digər ölkələri də hərəkətə keçirəcəyini bildirib.
Analitikin fikrincə, Rusiyanın bu addımı, digər ölkələri kifayət qədər istifadə olunmayan dövlət enerjisindən istifadə edərək “Bitcoin” mədənçiliyinə təşviq edə bilər.
Smid, Rusiyanın BRICS ölkələrindəki mədənçilik planının “Bitcoin” üzərində müsbət təsir göstərəcəyini və bu sayədə enerji xərclərinin aşağı olduğu bölgələrdə köhnə mədənçilik avadanlıqları ilə istehsala davam edilə biləcəyini ifadə edib. Smid Rusiyanın mədənçilik layihəsinin BRICS ölkələrinin qlobal ticarətini “Bitcoin” ilə həyata keçirməsinə imkan verəcəyini əlavə edib.
* “BitRiver” Rusiya mərkəzli bir kripto valyuta mədənçilik operatorudur. Şirkət, müştərilərinə kripto valyuta mədənçiliyi üçün infrastrukturlar və xidmətlər təqdim edir. “BitRiver” enerji baxımından əlverişli bölgələrdə mədənçilik mərkəzləri quraraq, müştərilərinin daha effektiv və sərfəli şəkildə mədənçilik etmələrinə imkan tanıyır. Şirkət, həmçinin ekoloji cəhətdən təmiz enerji mənbələrini istifadə etməyə çalışır.
** BRICS beş ölkənin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika - bir araya gəldiyi bir iqtisadi və siyasi blokdur. Bu ölkələr, inkişaf etməkdə olan bazar iqtisadiyyatları kimi tanınır və dünya iqtisadiyyatında mühüm rol oynayırlar. BRICS, 2009-cu ildən etibarən əməkdaşlığı artırmaq, iqtisadi inkişafı dəstəkləmək və siyasi müzakirələri genişləndirmək məqsədilə bir araya gəlir. Bu ölkələr arasında ticarət, investisiya və texnoloji əməkdaşlıq sahələrində birgə layihələr həyata keçirilir, eyni zamanda, dünya səhnəsində daha balanslı bir güc nizamı yaratmaq üçün birgə fəaliyyət göstərirlər.
*** “Digital Mining Solutions” kripto valyuta mədənçiliyi sahəsində fəaliyyət göstərən bir şirkətdir. Şirkət, müştərilərə kripto valyutaların mədənçiliyi üçün lazım olan texnologiya, infrastruktur və məsləhət xidmətləri təqdim edir. “Digital Mining Solutions” enerji səmərəliliyini artırmaq və mədənçilik proseslərini optimallaşdırmaq məqsədilə innovativ həllər təqdim etməyə çalışır. Eyni zamanda, müştərilərinin mədənçilik fəaliyyətlərini daha sərfəli və səmərəli şəkildə həyata keçirmələrinə dəstək olur.
Əvəz Həsənov