İsrail Müdafiə Qüvvələri Misir tərəfindən qaçaqmalçılıq yolu ilə silah daşınması cəhdinin qarşısını alıb.
İndex.az xəbər verir ki, bu barədə TASS İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 30-da hərbçilər Misir ərazisindən uçan pilotsuz təyyarə (PUA) aşkar ediblər. PUA vurulub. Hadisə yerinə gələn hərbçilər onun dörd tüfəng və bir tapançadan ibarət silah yükü daşıdığını müəyyən ediblər.
Müsadirə edilmiş silahlar araşdırmanın aparılması üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib.