Yaxın vaxtlarda Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair yenilənmiş saziş imzalanacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Müqavilədə tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə müdafiə və qarşılıqlı fəaliyyət sahəsində daha sıx əməkdaşlıq istəyi təsdiqlənəcək", - o qeyd edib.
Lavrov həmçinin qarşıdan gələn sazişi “Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün ciddi amil” adlandırıb.
Gülayə Mecid