AZ

Mikromobillik infrastrukturunun inkişafına dair ictimai dinləmə keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) mobilliyintransformasiyası proqramı çərçivəsində mikromobillikinfrastrukturunun inkişafı mövzusunda növbəti ictimai dinləmətəşkil olunub. Agentliyin mütəxəssisləri, ekspertlər və medianümayəndələrinin iştirak etdiyi tədbir mikromobillikinfrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə görülmüşişlər və qarşıda duran vəzifələrə həsr olunub.

Trend xəbərverir ki, tədbirdə AYNA-nın mikromobillik şöbəsinin müdiri CoşqunMəmmədov təqdimatla çıxış edərək bu sahədə görülən işlərin əsasistiqamətləri barədə məlumat verib, infrastrukturun qurulmasıprosesində beynəlxalq təcrübənin nəzərə alındığını qeyd edib.Bildirilib ki, konseptual plan az maliyyə xərcləri ilə qısamüddətdə mövcud yol infrastrukturunda mikromobillik zolaqlarınınyaradılmasını nəzərdə tutur ki, bu işlər çərçivəsində xariciölkələrin şəhərləri, məsələn, Barselona (İspaniya), Braqa(Portuqaliya), Nyu-York və Mayaminin (ABŞ) təcrübəsindən istifadəolunub:

“AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, bununlabağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlərhəyata keçirilir. Bakı şəhərində mikromobillik zolaqları təxminən32 km-ə qədər genişləndirilib, əhalinin mikromobillikvasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçünzolaqların əlaqəliliyi təmin edilir. Mikromobillik şəbəkəsiningenişləndirilməsi nəzərdə tutulur”.

“Pedalçı” şirkətinin rəhbəri, “Sürəyənlər” qrupunun admini TofiqHidayətzadə mikromobillik şəbəkəsinin genişləndirilməsi ilə bağlıgörülmüş işləri dəstəklədiyini, təhlükəsizlik baxımından buzolaqlar üçün xüsusi yol nişanlarının, zolaqlar arasındakı buferzonalarda təhlükəsizlik sədlərinin quraşdırılmasının, eləcə dəişıqforların təkmilləşdirilməsini, yəni, mikromobillikistifadəçiləri üçün Bakıda ilk dəfə işıqfor bölmələrinin mövcuddirəklərə əlavə edilməsininin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Velosiped Federasiyasının nümayəndəsi Səhər Mehmanınyol hərəkəti ilə bağlı nəzərdə tutulmuş suallarına cavab olaraqbildirib ki, velosipedçilər, elektrik mühərrikli kiçik nəqliyyatvasitələri və digər yol istifadəçilərinin təhlükəsizliyini təminetmək məqsədilə “Yol hərəkəti haqqında” Qanun və İnzibati XətalarMəcəlləsinə dəyişikliklər edilib: “Burada söhbət qanunvericiliyəmikromobilliyə dair yeni anlayışlar, yol nişanları və nişanlanmaxəttinin daxil edilməsi, kiçik elektrik nəqliyyat vasitələrininhərəkəti və icarə operatorları üçün tələblərin müəyyənləşdirilməsi,mikromobillik qaydalarının pozulmasına görə cərimələrin vəvelosiped yollarının qanunsuz istifadəsinə dair inzibati tənbehtədbirlərinin tətbiqindən gedir.

Qeyd edim ki, velosiped yollarından digər nəqliyyatvasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbehtədbiri müəyyən edilir. Bu inzibati xəta yüz manat cərimə və 2balla qiymətləndirilir. Bundan başqa, kiçik elektrik nəqliyyatvasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkətiqaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə müəyyənedilir”.

Həmçinin bildirilib ki, kiçik elektrik nəqliyyat vasitələriniidarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasınəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədənxəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərərvurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cəriməmüəyyən edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranınüzvü nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevinoperatorların fəaliyyətinin tənzimlənməsi ilə bağlı sualına cavabolaraq bildirilib ki, Bakı şəhəri üzrə kiçik elektrik nəqliyyatvasitələri üçün 211 parklanma yeri təyin edilib. Şəhər mərkəzindəxaotikliyin aradan qaldırılması məqsədilə 2024-cü ilin avqustayında velosipedlər üçün 50-yə yaxın park yerində xüsusikonstruksiyalar və yol nişanları quraşdırılıb. Velosiped və kiçikelektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanmayerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyənedilir.

C. Məmmədov qeyd edib ki, hazırda kiçik elektrik nəqliyyatvasitələrinə (KENV) olan maraq artmaqdadır. Odur ki, təhlükəsizhərəkət üçün bu nəqliyyat vasitələri üzrə müəyyən olunmuş qaydalaraəməl etmək vacibdir. Qaydalara əsasən, bir KENV-i yalnız bir şəxsidarə edə bilər, təhlükəsizlik baxımından 14 yaşdan aşağı şəxslərəKENV idarə etmək qadağandır.

Bundan başqa, xidmətin təkmilləşdirilməsi məqədilə operatorlarladaimi görüşlər keçirilir, xidmət səviyyəsinin artırılması vəçatışmazlıqların aradan qaldırılması üzrə tapşırıqlar verilir,gələcək planlamalar üçün statistik məlumatlar toplanır.

Son olaraq qeyd olunub ki, AYNA mikromobilliyin təşviqi işinə dəxüsusi diqqət göstərir. Məlumatlandırma çərçivəsindəmikromobilliyin əhəmiyyəti haqqında mütəmadi marifləndirməaparılır, tədbirlər, operatorlarla birgə mikromobillikvasitələrinin istifadə qaydalarına dair ödənişsiz təlimlər, eləcədə, müxtəlif ictimai təşkilatlarla birlikdə maraq qrupları, peşəkarvə həvəskar velosipedçilər üçün velosiped turları təşkil edilir.Peşəkar velosipedçilər və digər maraqlı tərəflərlə davamlıəməkdaşlıq həyata keçirilir, əhali arasında mikromobilliklə bağlırəy sorğuları təşkil olunur.

Aparıcı Teymur Əliyevin velosiped istifadəçilərinin statistikasıilə bağlı sualına cavab olaraq qeyd olunub ki, son iki ay ərzindəyalnız “bikesharing” istifadəçiləri tərəfindən 140 min kmməsafədədə velosipeddən istifadə olunub. Gündəlik olaraq isə 650istifadəçi qeydə alınır.

Qarşılıqlı müzakirələrlə davam edən dinləmə zamanı ekspert vəmedia nümayəndələrini maraqlandıran digər suallar dacavablandırılıb, maraq doğuran məsələlər ətrafında geniş fikirmübadiləsi aparılıb. Bildirilib ki, alternativ nəqliyyatvasitələrinə çevrilən velosiped və elektrik skuterlərindənistifadənin təşviqi, onlar üçün yaradılan xüsusi zolaqların yolinfrastrukturuna inteqrasiyası, müvafiq şəbəkənin daha dagenişləndirilməsi ümumilikdə şəhərdə mobilliyin artırılması,ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsiri baxımındanxüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu kimi silsilədinləmələrin keçirilməsi davam etdiriləcək.

Mikromobillik
Mikromobillik
Mikromobillik
Məqalədə:
Seçilən
97
az.trend.az

1Mənbələr