AZ

75 yaşlı İlham Namiq Kamal: “Mən cinayətkar olmaq istəmirəm”- MÜSAHİBƏ

Oktyabrın 30-da Heydər Əliyev Sarayında tanınmış aktyor, Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. 

Yubiley gecəsində Xalq artistinin həyat və yaradıcılığından, onun Azərbaycan teatrındakı xidmətlərindən, aktyorluq və pedaqoji fəaliyyətindən ətraflı danışılıb. Yubileylə bağlı xalq artisti İlham Namiq Kamal “Cebheinfo.az”-a müsahibə verib. 

Müsahibəni təqdim edirik: 

- İlham bəy, 75 illiyinizlə bağlı təəssüratlarınızı bilmək istərdik. 

- Əlbəttə, çox xoş təəssüratlar olub. Mənim 7 və 5 yaşım tamam olub. Bu münasibətlə təbriklər və xoş sözlər eşitdim. Üstəlik, tamaşaçıların alqışları mənə çox xoş oldu. 

- 7 və 5 yaş? 

- Bu gün yubileyim olduğu üçün sivmolik bir rəqəm səsləndirdim.

Səhnədə özümü hələ də gənc ruhda hiss edirəm. Hətta hesab edirəm ki, əgər sənət adamının canında sağlamlıq varsa, o səhnəyə çıxmırsa,  cinayətkardır. Bağışlayın məni, mən cinayətkar olmaq istəmirəm. Hər zaman da səhhətim yol verdiyi qədər səhnəyə çıxmaq istəyirəm. 

- Yubileyə dəvət etdiyiniz hər kəs gəldimi? 

- Əlbəttə, gözlədiyim bütün teatr və səhnə adamları iştirak elədi. Ümumiyyətlə, bizi sevən hər kəs orada idi və gəlib sevincimizə şərik oldular. Sağ olsunlar! 

- Səhnə fəaliyyətinizdə bundan sonra nə olacaq?

 - Mən çalışıram, çalışacağam və bundan sonra da ölkəmizin mədəniyyətinə töhfə vermək istəyirəm. İşdən sonra da çıxıb gedirəm Şamaxıya, istirahət etməyə, vəssalam (gülür). Əlbəttə ki, məzuniyyətə çıxdıqdan sonra Şamaxıya istirahət etməyə gedirəm. 

Seçilən
63
cebheinfo.az

1Mənbələr