Osmaniyedəki meşə yanğını qrupların müdaxiləsi ilə nəzarət altına alınıb. İlkin təsbitlərə görə yanğında 7 hektar sahəyə ziyan dəydiyi öyrənilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Osmaniye şəhər mərkəzində Fenk Yaylası meşə sahəsində naməlum səbəbdən saat 11:00 radələrində başlayan yanğın qısa zamanda böyüməyə başlayıb.
Xəbər verildikdən sonra əraziyə 2 yanğınsöndürən təyyarə, 1 helikopter, 10 çiləyici, çoxlu sayda yanğınsöndürən maşın və Meşə Regional Müdirliyindən canlı qüvvə göndərilib.
Havadan və qurudan gələn qrupların müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. İlkin məlumata görə yanğında 7 hektar sahəyə ziyan dəydiyi öyrənilib.