Saakaşvilinin partiyası Gürcüstanda seçkilərin nəticələri ilə bağlı etirazları davam etdirməyə çağırıb
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması əlaməti olaraq etirazları davam etdirməyə çağırır.
Qaziler.az RİA Novosti-yə istinadən bildirir ki, bunu siyasi qüvvənin lideri Tina Bokuçava bildirib.
Onun sözlərinə görə, müxalifətin seçki pozuntuları ilə bağlı hesabatı var və bu hesabatı yaxın vaxtlarda təqdim edəcəklər.
O əlavə edib ki, müxalifətin əsas tələbi qalır: seçki pozuntuları ilə bağlı beynəlxalq araşdırmaya başlamaq zərurəti.
QAZİLER.AZ