Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı qolkiper ölkəsinin milli komandasının noyabr ayında keçirəcəyi matçlar üçün nəzərdə tutulan heyətində yer alıb. Avram UEFA Millətlər Liqası çərçivəsində Andorra yığmasına qarşı oynaya bilər. Moldova yığması noyabrın 16-da Andorranının qonağı olacaq. Ayın 19-da isə bu komandanı Cəbəllüttariqlə yoxlama oyunu gözləyir. Avram bu iki oyunla əlaqədar noyabrın 11-dən 20-nə qədər Moldova millisinin düşərgəsində olacaq.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 10 oyuna çıxıb. O, 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisində 46 oyuna 56 qol buraxıb, 11 “quru” matç keçirib.
Xatırladaq ki, Avramla yanaşı, “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç də Moldova yığmasına dəvət alıb. O da qarşıdakı görüşlərdə yığmanın düşərgəsində olacaq.
Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 61 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib. Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.