AZ

“Siemens AG” konserni “Altair Engineering” şirkətini 10 milyard dollara alır

Siemens, ABŞ-ın sənaye proqram təminatı şirkəti Altair Engineering şirkətini 10,6 milyard dollara satın alaraq şirkətin tarixində ikinci ən bahalı anlaşmaya imza atıb.

Azərbaycanda 60 min manat sərmayə ilə yeni şirkət yaradılıb

FED.az xəbər verir ki, bu addımla Siemens, rəqəmsal avtomatlaşdırma sahəsində mövqeyini gücləndirməyi və müştərilərə daha güclü proqram həlləri təqdim etməyi hədəfləyir. CEO Roland Busch bu anlaşmanı şirkət üçün “əhəmiyyətli bir mərhələ” adlandırıb. 

Altair-in alınması ilə Siemens, süni intellekt dəstəyi ilə istehsal proseslərinin dizayn və simulyasiya imkanlarını portfelinə daxil edir. Bu isə Siemens-in “rəqəmsal əkiz” texnologiyasını daha da inkişaf etdirərək istehsal proseslərini daha effektiv idarə etməsinə imkan verəcək. Satınalma ilə gələcəkdə rəqəmsal biznesdə 600 milyon avro artım və uzunmüddətli milyardlarla dollar gəlir əldə etmək planlaşdırılır.

Bu anlaşma, Siemens-in ABŞ bazarına güclü bir şəkildə inteqrasiya etmək və avtomatlaşdırma texnologiyasında rəqibləri Schneider Electric və Rockwell Automation ilə rəqabətdə üstünlük qazanmaq strategiyasına uyğun olaraq həyata keçirilmişdir.

Seçilən
60
fed.az

1Mənbələr