AZ

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Oktyabrın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Komitədən "Operativ Media"ya verilən məlumata görə, kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin təşkili və həyata keçirilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, qayıdışın tənzimlənməsi üzrə hüquqi bazanın yaradılması, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın gedişi və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, bu məqsədlə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır. Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Seçilən
87
9
operativmedia.az

10Mənbələr