AZ

“Hizbullah” kəşfiyyat xidmətinə yeni rəhbər təyin etdi


“Hizbullah” təşkilatı oktyabrın 10-da İsrailin Beyrutu bombalaması zamanı ağır yaralanan Vafiq Səfanın yerinə kəşfiyyat xidmətinə yeni rəhbər təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.  
Məlumata görə, təhlükəsizlik zabitinin adı gizli saxlanılır.
Təyinatla bağlı qərar Şeyx Naim Qasim oktyabrın 29-da “Hizbullah”ın yeni baş katibi vəzifəsinin icrasına başladıqdan sonra verilib.
Oktyabrın 11-də Beyrutdakı tibbi mənbələr Səfanın İsrailin hücumundan sağ çıxdığını, lakin xəstəxanada ağır vəziyyətdə olduğunu bildiriblər.
Son günlər onun taleyi ilə bağlı başqa məlumat yoxdur.
Qeyd edək ki, Səfa sentyabrın 27-də öldürülən “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullaha yaxın olub və Livan daxilində və xaricində mühüm vasitəçilik missiyaları həyata keçirib.
Seçilən
39
yeniavaz.com

1Mənbələr