Kreml Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək üçün əhalidən vergiləri daha da artırmalı olacaq
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, “Reuters”-in araşdırmasına görə, iqtisadçılar gəlirlərin artırılması üçün artıq elan edilmiş tədbirlərin kifayət etməyəcəyinə əmindirlər.
Rusiya Federasiyasının 2025-ci il büdcəsi layihəsində ÜDM-in 6,3%-i işğalçıların hərbi ehtiyaclarına ayrılıb. Agentlik bunun Soyuq Müharibədən bəri ən yüksək rəqəm olduğunu vurğulayıb. Bundan əlavə, müdafiə xərclərinin payı ilk dəfə sosial xərclərdən iki dəfə çox olacaq.
Rusiya hökuməti Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirmək üçün artıq vergiləri artırmağa başlayıb. Qeyd edilir ki, böyük vergi islahatı 2025-ci ildə ÜDM-in 1,7%-i həcmində əlavə gəlirlər gətirəcək. Mütəxəssislər hətta bunu qeyri-kafi hesab edirlər: "Daxili vergilərin tənzimlənməsi hakimiyyətin diqqət mərkəzində qalacaq. Mümkündür ki, biz 2025-ci ildə vergi qanunlarını və qaydalarına dəyişiklik etmək üçün bir çox təşəbbüslər görəcəyik".
Hərbi xərclərin böyük artımı ilə əlaqədar Rusiya iqtisadiyyatında inflyasiya "istiliyi" yarana bilər. Agentlik qeyd edib ki, faiz dərəcələri artıq 2003-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib və rubl dollara nisbətdə son bir ilin minimum səviyyəsinə düşüb.
Neft qiymətlərinin gözlənilən ucuzlaşması Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Büdcə layihəsində resursun dəyərinin 2024-cü ildə orta hesabla 70 dollar/bareldən 2027-ci ildə 65,5 dollar/barelə enəcəyi nəzərdə tutulur.