AZ

Son 51 ildə ən ölümcül daşqın

İspaniyadakı sel fəlakətində ölənlərin sayı artır. 

"Cebheinfo.az" xəbər verir ki, seldə həyatını itirənlərin sayının 104-ə yüksəldiyini açıqlanıb. Təbii fəlakətdə itkilərin sayının artması ilə yanaşı, xüsusilə Valensiya bölgəsində onlarla insanın itkin düşdüyü bildirilir. 

Şəhər sakinləri sosial şəbəkələr, televiziya və radio verilişləri vasitəsilə itkin düşmüş yaxınlardan xəbər almağa çalışırlar. İspaniyanın Baş naziri Pedro Sançes cümə axşamı ən çox zərər çəkmiş bölgələrə səfərində Valensiyanı "fəlakət bölgəsi" elan edib. 

Castellon əyalətində 12 saat ərzində 180 millimetrə qədər yağış gözlənildiyi üçün qırmızı təhlükə elan edilib. İspaniyanın müdafiə naziri Marqarita Roblesin "görünməmiş hadisə" kimi xarakterizə etdiyi fəlakət üçün xilasetmə əməliyyatlarında ixtisaslaşmış mindən çox əsgər Valensiyaya göndərilib . Qeyd edək ki, İspaniya 1973-cü ildən bəri ən ölümcül daşqınlara şahidlik edir. Təbii fəlakətlə əlaqədar 3 günlük ümummilli matəm elan edilib. 

Seçilən
38
cebheinfo.az

1Mənbələr