Rusiyanın Tümen şəhərində küçədə açıq-saçıq fotolar çəkdirən müəllim işdən qovulub.
Gundem.az Lent.az -a istinadla bildirir ki, Tümen vilayətindən olan müəllim Anastasiya Şumilova İşimin küçələrindən birində çimərlik geyimində fotosessiya təşkil edib.
Məlumata görə, Şumilova alt paltarı və kürk geyinərək şəhərin mərkəzində çəkiliş aparıb.
O, fotolarını sosial şəbəkələrdə paylaşıb və izləyicilər ona mənfi rəylər yazıblar.
Xatırladaq ki, bundan əvvəl İşim şəhər 8 saylı orta məktəbin müəllimi Anastasiya Şumilovanın sosial şəbəkələrdə intim fotolarını dərc etdiyinə görə həbs olunduğu barədə məlumat yayılıb. Hadisədən sonra qız təhsil müəssisəsindən istefa verməyə məcbur olub.