AZ

Hava limanında itirilmiş baqajlar satışa çıxarılıb? - RƏSMİ CAVAB

Heydər Əliyev Hava Limanının adından feysbukda itirilmiş baqajların satışa çıxarılması ilə bağlı reklam mövcuddur. Reklamda 6 aydır anbarda saxlanılan, sahibləri tapılmayan itirilmiş baqajların ucuz qiymətə satıldığı qeyd olunub və alış-veriş etmək üçün link göstərilib. Bəs bu məlumat həqiqəti əks etdirir?

Beynəlxalq Hava Limanının Mətbuat Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, son günlərdə aeroportun adından sosial şəbəkələrdə açılmış saxta səhifələr vasitəsilə vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir:

"Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".

Hava Limanından itirilmiş baqajların aqibəti barədə də soruşduq. Bildirildi ki, həmin baqajlar bir il müddətində saxlanc məntəqəsində saxlanılır, həmin müddət başa çatdıqdan sonra isə utilizasiya olunur.

Sevinc İBRAHİMZADƏ

2
Seçilən
56
2
redaktor.az

2Mənbələr